...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MÜDAFİƏSİ ÜÇÜN ZƏHƏRLİ KİMYƏVİ PREPARATLAR ALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 16:20 (UTC +04:00)

Kənd təsərrüfatı bitkilərinin müdafiəsi üçün zəhərli kimyəvi preparatlar alınıb.Azərbaycan kənd təsərrüfatı nazirliyi yanında respublika bitkilərin müdafiəsi stansiyasında Trend agentliyinə bildirilib ki, bunun üçün maliyyə nazirliyi tərəfindən 1 mlrd manat (təxminən $212 min) həcmində vəsait ayrılıb.

Stansiyada bildirilib ki, bitkilərin xüsusi təhlükəli və karantin zərərvericilərindən müdafiəsi üçün zəhərli kimyəvi preparatların alınması üzrə tenderin qalibləri - Türkiyənin Koruma Klor Alkali və Rusiyanın Khimindustriya (United Fosforus -dan törəmə) - ilə artıq sazişlər imzalanıb.

"Lazım olan məbləğ artıq şirkətin hesabına köçürülüb" -deyə stansiyada bildirilib.

Xəbər lenti

Xəbər lenti