...

HESABLAMA PALATASI UŞAQ EVLƏRINDƏ BİR SIRA NÖQSANLAR AŞKAR EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2005 10:35 (UTC +04:00)

Hesablama Palatasının (HP) Bakı, Gəncə, Şəki və Lənkəranda yerləşən uşaq evlərində apardığı yoxlamaların nəticəsində bir sıra çatışmamazlıqlar aşkar olunub. HP-dən Trend xəbər agentliyinə verilən məlumata görə, aparılan yoxlamaların nəticələri dünən palatanın iclasında müzakirə olunub.

Sözügedən müəssisələrdə auditin keçirilməsinin əsas məqsədi isə 2003-2004-cü illər ərzində dövlət büdcəsindən uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən olunmuş göstəricilər üzrə istifadə vəziyyətinin yoxlanması olub.

Həmçinin bir sıra uşaq müəssisələrində baş verən pozuntular haqqında HP-yə daxil olmuş məlumatlar da bu sahədə ümumi vəziyyətin araşdırılması üçün auditin keçirilməsinə əsas verib.

Belə ki, aparılan audit nəticəsində müəyyən olunub ki, uşaq evlərində bəzi hallarda uşaqlara vaxtı ötmüş ərzaq məhsulları verilir, uşaqların uşaq evlərinə qəbulu qaydaları pozulur.

Eyni zamanda yoxlamalar zamanı humanitar yardımın uçota alınmasında qanun pozuntularına yol verildiyi və uşaq evləri üçün geyim əşyalarının alınm
ası zamanı xərc maddələrinin dəyişdirildiyi aşkar olunub.

Həmçinin uşaq evlərində bir uşağın saxlanmasına çəkilən xərc ölkə üzrə müəyyən olunmuş orta ümumi göstəricidən aşağıdır.

Müzakirələrin yekunu olaraq Təhsil və Maliyyə nazirliklərinə, yoxlama aparılmış uşaq evlərinə auditin nəticələri barədə təqdimat göndərilib, Milli Məclisə isə iclasın qərarları barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti