...

HESABLAMA PALATASI GƏNCƏ TEXNOLOJİ UNİVERSİTETİNDƏ AUDİT KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2005 12:30 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası (HP) Gəncə Texnoloji Universitetində dövlət büdcəsindən bu struktur üçün ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə əlaqədar olaraq audit keçirir. Hesablama Palatasından Trend ə verilən məlumata görə, yoxlamalar gələn həftədən başlayacaq və iki həftə ərzində dərc olunacaq.

Auditin keçirilməsində məqsəd dövlət büdcəsinin müəyyən şərtlərinə müvafiq olaraq büdcədənkənar gəlirlərdən ayrılan vəsaitlərdən istifadənin vəziyyətini, həmçinin ayrılan vəsaitin həcmi, strukturları, təyinatı və onların məxariclərin maddələrinə müvafiq xərclənməsini yoxlamaqdan ibarətdir.

Dövlət strukturunda qeyd ediblər ki, Hesablama Palatası ilə eyni vaxtda Xətai rayonun təhsil şöbəsinin auditi də aparılacaq. Hazırda HP Səhiyyə Nazirliyində dövlət büdcəsindən bu struktur üçün ayrılan 2004-cü il üçün nəzərdə tutulan vəsaitin proqnozlaşdırılması və istifadəsi ilə əlaqədar audit keçirir. Auditin keçirilməsində məqsəd büdcə sifarişlərinin tikinti üzrə xərclərinin tərtibi, ayrılmış vəsaitin həcmini, strukturlarını, təyinatını və onların məxariclərin müvafiq maddələri üzrə icrasını araşdırmaqdır. Eyni zamanda, Azərbayca müəllimlər institutunun Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Cəlilabad, Qazax, Quba, Salyan, Şamaxı və Zaqataladakı filiallarında da yoxlamalar aparılır.

Bundan başqa, HP Maliyyə Nazirliyi ilə birgə dövlət zəmanəti ilə alınan kreditlər üzrə auditor işləri aparır.

Birgə HP-nın və Maliyyə Nazirliyinin auditləri üzrə Yoxlama tədbirlərinə (cari təftiş) Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlət zəmanəti ilə aldığı kreditlərin hesabına həyata keçirilən "Qaz sistemilərinin reabilitasiyası" və Azərenerji Səhmdar Cəmiyyətinin reallaşdırdığı "Yenikənd Su Elektrik Stansiyası" layihələrindən başlayıb.

Keçirilən yoxlama tədbirlərinin məqsədi dövlət zəmanəti ilə alınan vəsaitlərin istifadəsi faktlarının aydınlaşdırılması, bu layihələrdə Azərbaycan tərəfinə düşən istifadəsi faktlarını araşdırmaqdır.

Adları sadalanan təşkilatlardan başqa, bütün cari il ərzində HP Maliyyə Nazirliyi ilə birgə həmçinin şəxsi fermer təsərrüfatlarının yaradılması texniki yardım, Kənd təsərrüfatı sektonunun inkişafı üzrə Agentliyin həyata keçirdiyi kənd rayonlarının inkişafı layihəsi, Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpası və yenidənqurulması üzrə Agentliyi həyata keçirdiyi Böyük Bakının sü təminatı layihəsi üzrə və digər layihələrlə bağlı yoxlamalar və monitorinqlər aparacaq.

Xəbər lenti

Xəbər lenti