Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri lizinq xidməti idarəsinin şöbə müdiri Aydın Əzizovun rəhbərliyi ilə Yaponiyadadırlar.
Nazirlikdən Trend agentliyinə verilən məlumata görə, səfərin məqsədi Yaponiya hökumətinin 1,8 mln (2 mln yena) dollar məbləğində Azərbaycana ayırdığı qrant vəsaiti hesabına kənd təsərrüfatı texnikasının alınması haqqında Yaponiyada elan ediləcək tenderlə bağlı dəqiqləşdirici işlərin aparılmasıdır.
Kənd Tsərrüfatı Nazirliyində həmçinin onu da bildiriblər ki, tender elan olunduqdan sonra cari ilin son üç ayı ərzində texnika Azərbaycana gətiriləcək.
Qrantın ayrılması ilə bağlı sənədlər cari ilin mart ayının 9-da kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasov və Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe tərəfindən imzalanmışdır.