...

BAKI VƏ RUSİYA SƏRHƏDDİNDƏKİ AVTOMOBİL YOLLARININ BƏRPASI VƏ YENİDƏN QURULMASI ÜZRƏ MÜQAVİLƏNİNİ SENTYABRDA İMZALANACAĞI GÖZLƏNİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2005 14:29 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və inkişaf Bankı (AYİB) arasındakı Bakı və Rusiya ilə sərhəddə yerləşən avtomobil yollarının bərpası və yenidənqurulması üzrə müqavilənin sentyabrda imzalanacağı gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər.

Əvvəllər müqavilənin iyulda imzalanacağı ehtimal edilirdi. Lakin ortaya çıxan bir sıra detalların dəqiqləşdirilməsi tələb olunduğundan bu iş bir qədər təxirə salınıb. Hazırda bankın ekspertləri ilə birgə bu istiqamətdə iş aparılır.

Nazirlikdən onu da bildiriblər ki, AYİB-in Direktorlar Şurası Bakı-Rusiya sərhəddi magistralının Sumqayıtdan Zabrat qəsəbəsinə qədər olan hissəsinin bərpası və yenidənqurulması layihəsinin maliyyələşdirilməsinə 100 milyon dollar vəsaitin ayrılmasına razılıq verib. Bank bu layihəyə 15 il müddətinə 3 illik güzəşt dövrü və LIBOR+1% dərəcəsi üzrə kredit ayırıb.

Bakı-Samur magistralının ümumi uzunluğu 197 kilometrə yaxındır. AYİB onun 28-ci km-dən 89 km-dək olan hissəini maliyyələşdirəcək. Yolun qalan hissəsini isə Çexiyanın Eximbank-ı həyata keçirəcək. Layihənin ümumi məbləği 280 milyon dollar təşkil edir.

AYİB-dən yardım alan Azərbaycan Nəqliyyat Nazirliyinin yol-nəqliyyat xidməti Departeminti olacaq ki, bu idarə ölkənin 18,723 min kilometrlik avtomobil yollarını idarə və xidmət edir. Layihə çərçivəsində Departamentin 4-6 regional şöbəsi yaradılıb ki, bu da yerli potensialın yollara xidmətə cəlb edilməsinə imkan verir.

Xəbər lenti

Xəbər lenti