...

2005-Cİ İL ÜÇÜN BEST-İN DÖVRİYYƏSİ 0,4 MLRD DOLLAR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 11:19 (UTC +04:00)

BBIB-dən Trend ə verilən məlumata görə, iyulun 11 və 15-də Bakı banklararası valyuta birjasının (BBIB) birja elektron qiymətlər sisteminin (BEST) ABŞ dolları ilə dövriyyəsi 12,011 mln dollar təşkil edib.

İyul ayı ərzində BEST-in dövriyyəsi (23,981 mln dollar) artıq iyun ayı üçün 41,049% dövriyyəyə (58,421 mln dollar), 2004-cü ilin mart ayı üçün 24,57% (97,59 mln dollar) rekord dövriyyəyə, həmçinin 2003-cü ilin dekabr ayı üçün 23,89% (100,428 mln dollar) rekord dövriyyəyə bərabərdir.

2005-ci il üçün ABŞ dolları ilə dövriyyə (419,657 mln dollar) 2004-cü ilin 46,067% rekord dövriyyəsinə (910,973 mln dollar) və 2003-cü ilin 96,883% dövriyyəsinə görə (433, 157 mln dollar) 46,067% təşkil edir.

Bu həftə BEST-də ABŞ dolları ilə sazişlər bağlanıb. İyulun 11-də dövriyyə 4700 AzM/USD məzənnəsi ilə 0,883 mln dollar, iyulun 12-də 4698 AzM/USD orta mübadilə məzənnəsi ilə 0,725 mln dollar, iyulun 13-də 4695,58 AzM/USD orta mübadilə məzənnəsi ilə 0,453 mln dollar, iyulun 14-də 4697,24 AzM/USD orta mübadilə məzənnəsi ilə 0,46 mln dollar, iyulun 15-də 4697,53 AzM/USD orta mübadilə məzənnəsi ilə 9,49 mln dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti