...

İYULUN SONUNA QƏDƏR NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA TƏQAÜDLƏR PLASTİK KARTLAR VASİTƏSİLƏ VERİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 13:10 (UTC +04:00)

Cari ilin iyul ayının sonuna kimi Naxçıvan Muxtar Respublikasında (NMR) və və rayon mərkəzlərində yaşayan təqaüdçülərə plastik kartlar paylanacaq. Dövlət Sosial müdafiə Fondundan Trend agentliyinə verilən məlumata görə, 150 nüsxə kartdan ibarət birinci partiya artıq sifariş edilib və 2005-ci ilin sonuna qədər bu kartlar NMR-ə gətiriləcək.

Dövlət Sosial Müdafiə Fondunun saytının yaydığı məlumatlara əsasən, NMR-də 51 108 nəfər təqaüdçü yaşayır. Onlardan 28 450 nəfər qocalığa, 12 068 nəfər əlilliyə, 3765 nəfər ailə başçısını itirdiyinə, 762 nəfər uzun müddət xidmətə görə təqaüd alır.

Bu bölgədə 6063 nəfərə sosial təqaüd kəsilib. Onların 770 nəfəri yaşa, 4658 nəfəri əlilliyə görə, 635 nəfəri isə ailə başçısını itirdiyinə görə təqaüd alır.

Qeyd edək ki, təqaüdlərin ödənilməsinin avtomatlaşdırılması üzrə layihə Azərbaycan Beynəlxalq Bankı və Kapital bank tərəfindən həyata keçirilir. Belə olduqda, bölgələrdə 130,5 min nəfər Azərbaycan Beynəlxalq Bankının kartları, 111 min nəfər isə Kapital bankın kartları vasitəsilə təqaüd ala biləcək.

Xəbər lenti

Xəbər lenti