...

A.VƏLİYEV: DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN GÖSTƏRİCİLƏRİ İNFLYASİYAYA TƏSİR ETMƏYƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 14:43 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin ÜDM-un artımı barədə açıqlaması inflyasiya prosesinə təsir etməyəcək. Çünki orada İDM-un artımı inflyasiya nəzərə alındığı tutuşdurulmuş vahidlərlə göstərilib. Trend in məlumatına
görə , bu barədə iyulun 18-də Dövlət Statistika Komitəsinin başçısı Arif Vəliyev bəyan edib.

2005-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 24505,1 milyard manat (yanvar-iyun ayları ərzində manatın 1 ABŞ dollarına orta mübadilə kursunun 4837,9 manat olması üzrə 5 065,234 milyon dollar) təşkil edib ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,5% (19432,7 milyard manat) çoxdur.

2005-ci ildə ÜDM-un həcmi hələlik 51,27% proqnozlaşdırılır, artımın həcmi isə 2,4 faizlik maddə üzrə yuxarıdır. 2005-ci ilin birinci yarısında adambaşına düşən ÜDM 2971 min manat (614,1 dollar) olub ki, bu da 2004-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 15,3% təşkil edir.

Bu göstəricinin bir illik proqnozu üzrə göstəricisi 5799,6 min manat manat (1177,6 min dollar) təşkil edib. Azərbaycanda deflyator indeksi üzrə ÜDM-un indeksi 2004-cü ilin 6 ayı ərzində yanvar-may aylarında 3,5% -ə qarşı 8,3% , illik deflyatorun həcmi 4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti