...

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ SİYAHIYA ALINMASI HƏYATA KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 15:44 (UTC +04:00)

Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıya alınmasını başa çatdırıb. Komitənin rəhbəri Arif Vəliyevin Trend ə bildirdiyinə görə, hazırda təsərrüfatlar tərəfindən blankların təhvil verilməsi üzrə işlər aparılır.

"Biz regionlara 2-3 və ya 5 operator və kompüterlər göndərmişik (rayonların sahələrindən asılı olaraq). Məlumatların təkmilləşdirilməsi prosesi gələn ilin avqust ayının sonuna başa çatacaq. Bu məlumatların avqustun sonu və ya sentyabrın əvvəli üçün dərc olunmaları və ictimaiyyətə təqdim edilmələri də mümkündür", - deyə, A. Vəliyev qeyd edib.

Siyahıya alınmaya Azərbaycanın Nazirlər Kabinetinin 28 noyabr 2003-cü il tarixli 152 №-li qərarı ilə icazə verilib. Bu proses 1923-cü ildən bəri ilk dəfə olaraq Azərbaycanda aqrar sektorun tam reyestrinin tərtib olunmasına, kənd təsərrüfatında vergi qoyulan potensial bazanın və aqrar islahatların effektivliyinin qiymətləndirilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti