...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ BAKGAZ İSTEHSALAT BİRLİYİNİN QAZPAYLAYICI ŞƏBƏKƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNİ ZƏRURİ HESAB EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 17:27 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi (İİN) Bakgaz İstehsalat Birliyinin (İB) qazpaylayıcı şəbəkələrinin özəlləşdirilməsini zəruri sayır. Bu barədə Trend ə İİN dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi üzrə Departamentinin direktor müavini Mehman Rzayev məlumat verib.

Onun sözəlrinə görə, qazpaylayıcışəbəkələrin inkişafı üçün onların özəlləşdirilməsi vacibdir. " Uzun müddətə Barmek Azerbaijan və Bayva-Enerji-nin idarəçiliyinə verilmiş qazpaylayıcı şəbəkələrdə aparılan təhlillərdən sonra müəyyən olunub ki, paylayıcı şəbəkələrin ləğv edilməsinin mümkün olduğu bir sıra çatışmamazlıqlarına baxmayaraq özəl sektoru daha effektiv fəaliyyət göstərir. Ona görə də biz hesab edirik ki, qaz sektorunda belə islahatların aparılması mütləq lazımdır ", - deyə M.Rzayev qeyd edib.

Dünya Bankının texniki proqramlar çərçivəsində aparılan Azərbaycanın qazpaylayıcı şəbəkələrinin özəlləşdirilməsi üzrə Azərbaycan hökumətinin məsləhətçisi Deloitte&Touche bu istiqamətdə ilk təhlillərini aparıb. Şirkətin işində məqsəd akt hazırlamaqdan ibarətdir. Lakin bunun üçün bu şəbəkələrin uzun müddətli idarəçiliyə və ya özəlləşdirilməsi üzrə hökumətin sərəncamı olmalıdır.

İİN bu məsələ ilə bağlı hökumətə təkliflərini verib və Deloitte & Touche-in qərar qəbul etməsindən sonra sərəncama müvafiq olaraq İİN ilə birgə akt tərtib edəcək ki, həmin sənəddə tender sənədlərinin hazırlanması, tender təkliflərinin qiymətləndirilməsi və qaliblə müvafiq razılaşmanın imzalanması nəzərdə tutulur.

Deloitte & Touche-un apardığı ilkin hesablamalara görə, "Bakqaz" qazpaylayıcı şəbəkələrinin reabilitasiyası üçün 600-800 milyon dollar sərmayə tələb olunur. Bundan əvvəl Azeriqaz Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov bildirmişdi ki, Bakgaz 2007-ci ildən tez özəlləşdirilə bilməz.

Xəbər lenti

Xəbər lenti