...

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QİYMƏTLƏRİN MONİTORİNQİNİN İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İLƏ BİRGƏ APARILMASINI İŞLƏRİN HƏR-HANSI TƏKRARI HESAB EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 17:54 (UTC +04:00)

Dövlət statistika komitəsi topdan və pərakəndə satış qiymətlərinin monitorinqinin keçirilməsi üçün heç bir səbəb görmür. Trend agentliyinin məlumatına əsasən, iyulun 18-də bu barədə Dövlət statistika komitəsinin rəhbəri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, İqtisadi inkişaf nazirliyi ilə birgə monitorinqin keçirilməsi işlərin təkrarı deməkdir, belə ki, idxal və topdan satış qiymətlərinin araşdırılması üzrə işlər onsuz da Dövlət statistika komitəsi tərəfindən aparılır.

Amma bu bəndin prezidentin fərmanında öz əksini tapması ilə bağlı olaraq Dövlət statistika komitəsi artıq həmin məsələyə dair təkliflərini hazırlayıb İİN-nə təqdim edib və bu istiqamətdə müvafiq işlər aparılır.

Müvafiq monitorinqin keçirilməsi Azərbaycan prezidentinin antiinflyasiya haqqında fərmanında bir bənddir.Hazırda iqtisadi inkişaf Nazirliyi regional və rayon şöbələri, eləcə də antiinhisar siyasəti Departamenti işçilərinin iştirakı ilə monitorinq qrupları yaradıb.

Hazırda bu sahədə aparılan işlər artıq göstərib ki, ölkəyə pərakəndə və topdan satışla idxal olunan mallar artırılmış qiymətlə həyata keçirilir.

İlk növbədə ilkin tələbat malları monitorinqə məruz qalacaq.Öncədən qeyd olunub ki, ilkin mərhələdə 50 qrupda mal monitorinqə məruz qalacaq.Belə monitorinq ayda bir dəfə keçiriləcək, bunun yekunları isə ilin rübləri əsasında AR prezidentinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti