...

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ TENDER ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 19:15 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) Baş Gömrük İdarəsinin Hava Nqəliyyatının administrativ binasının layihə -smeta sənədlərinin və tikinti -montaj işlərinin keçirilməsi üzrə sənədlər tender elan edib.

DGK-dən Trend ə verilən məlumata görə, tenderin mövzusuna uyğun olaraq, tikiləcək 3 mərtəbəli administrativ bina Əzizbəyov rayonun ərazitsində yerləşəcək.

DGK-də işlərin icra müddəti məsələsi barədə qeyd ediblər ki, tikinti işləri gələn ilin 2-ci rübünda başa çatmalıdır. Tenderdə maraqlı olan şirkətlər öz təkliflərini avqustun 26-dan gec olmayaraq təklif etməlidirlər. Tender təklifləri olan zərflərin açılması avqustun 29-da Dövlət Gömrük Komitəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti