...

ANTİİNHİSAR SİYASƏTİ ÜZRƏ DEPARTAMENT MONİTORİNQ KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 13:45 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti üzrə Departament xörək duzunun istehsalının keyfiyyəti ilə bağlı monitorinqi həyata keçirməyə başlayıb. Departamentin direktoru Rahim Hüseynovun Trend ə verdiyi məlumata görə, monitorinq çərçivəsində Masazır gölünün ətrafında yerləşən müəssisə və sexlərdə istehsal olunan duzun keyfiyyətini yoxlamaq planlaşdırılır.

Onun sözlərinə görə, monitorinqin hələ başa çatmasına baxmayaraq, artıq yoxlamalar nəticəsində demək olar ki, 80 belə sexdə keyfiyyət pozuntuları ilə bağlı bir çox (duzun lazımi qədər təmizlənməməsi, onun yodlaşdırılmaması və s.) faktlar aşkar edilib. O həmçinin bildirib ki, Masazır gölündə yalnız bu bizneslə çoxdan məşğul olduğu çox az sayda müəssisələr tam rəsmi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti