...

YAPONİYADA AZƏRBAYCANA KƏND TƏSƏRRÜFATI TEXNİKASININ ALINMASI HAQQINDA TENDER BAĞLI ELAN EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 14:08 (UTC +04:00)

Yaponiyada Azərbaycana kənd təsərrüfatı texnikasının alınması haqqında tender keçirilib. Lizinq xidmətinin şöbə müdiri Aydın Əzizovun Trend ə bildirdiyinə görə, tender iyulun 8-də elan edilib.

A.Əzizovun sözlərinə görə, Yaponiya hökumətinin Azərbaycana ayırdığı qrant vəsaiti hesabına 25 kombayn alınacaq. "Tenderin qalibi Yaponiyanın Sampo şirkəti olub və onunla müvafiq razılıq imzalanıb", - deyə, nazirliyin nümayəndəsi vurğulayıb.

Qrant haqqında razılıq cari ilin mart ayının 9-da Kənd Təsərrüfatı Nazirliyində imzalanıb və ayrılan vəsait 1,8 mln dollar (2 mln yena) məbləğindədir.

Texnikanın Azərbaycana gətirilməsi məsələsinə gəldikdə, Əzizov onun cari ilin noyabr ayının sonuna kimi çatdırılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti