...

PAKİSTANIN İŞGÜZAR DAİRƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 16:24 (UTC +04:00)

İyulun 21-24-də Pakistan İslam Respublikasının işgüzar dairələrinin nümayəndələri Bakıya gələcək.Azərbaycan sahibkarlar təşkilatının Milli konfederasiyasında Trend agentliyinə bildirilib ki, tibb, dərman istehsalı, ticarət sektoru və s. sahələrdə biznesin 18 nümayəndəsi ölkəyə gələcək.

Səfərin məqsədi tibb sahəsi, ölkənin investisiya imkanları və iş adamları ilə tanışlıqdır.Səfər çərçivəsində iyulun 22-də Pakistanın işgüzar şəxsləri yerli biznes nümayəndələri ilə görüşəcək.Tədbirin təşkilatçıları Pakistan İslam Respublikasının səfirliyi və Azərbaycan sahibkarlar təşkilatının Milli konfederasiyasıdır.

Görüş Pakistan və Azərbaycan sahibkarlarının iqtiçadi əlaqələrinin möhkəmləndirilməsi, müştərək istehsalın təşkili, Azərbaycanda Pakistan investisiyasının artırılmasına imkan yaradılması və s. məqsədlərlə təşkil edilir.

Xəbər lenti

Xəbər lenti