...

BEYNƏLXALQ MENECERLƏRİN DÖVLƏT NEFT FONDUNUN AKTİVLƏRİNİN İDARƏ EDİLMƏSİNDƏN ƏLDƏ ETDİYİ GƏLİR 3% TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 13:01 (UTC +04:00)

2005-ci ilin birinci yarımilinin eykunlarına görə, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin idarə olunmasından əldə olunan orta gəlir 3% təşkil edir. Fondun icraçı direktoru Samir Şərifovun Trend ə verdiyi məlumata görə, bu, ABŞ ehtiyat dərəcələrinin artması və avro üzrə bəzi dərəcələrdə enmələrin fonunda baş verir.

S.Şərifovun sözlərinə görə, hazırda fondun vəsaitlərinin 35%-i avroda yerləşdirilib. Aktivlərin 95 %-i üç əsas valyuta - avro, ABŞ dolları və Britanyia funt-sterlinqi daxil olur. Digər 5% vəsait "Böyük səkkizlik" ölkələrinin və ya hər hansı bir ölkənin "A"dan aşağı olmayan uzunmüddətli suveren reytinqə malik valyutası ilə qarışıqdır.

S.Şərifov həmçinin qeyd edib ki, hər rübün sonunda aktivlərin manata bərabərliyi qiymətləndirilir və bundan sonra onların müxtəlif vayutalara proporsional bölüşdürülməsi həyata keçirilir.

Qeyd edək ki, 2004-cü ilin yekunlarına görə, 3 aylıq Libor dərəcələri üzrə Azərbaycan Neft Fondunun aktivlərinin gəlirliliyi 2,57% təşkil edib. Bu zaman xarici menecerlərin aktivlərin idarə olunmasından əldə etdiyi gəlir Clarident (Credit Svisse qrupuna daxil olan) 2,33% və Deutschebank Asset Management - 1,68% təşkil edib.

2001-ci ildən 2004-cü ilə kimi aktivlərin idarə olunmasının orta gəlirliyi 3,25% (2001 -ci ildə- 3,87%, 2002-ci ildə - 2,15%, 2003-cü ildə - 4,42%, 2004 -cü ildə - 2,57%) təşkil edib. B uzaman inflyasiya nəzərə alınmaqla 2001-2004 -cü illərdə 1,93% ölçüsündə, real gəlirlilik 1,32% təşkil edib. 2004-cü ildə inflyasiya nəzərə alınmaqla 2,23% səviyyəsində, real gəlirlilik 0,34% təşkil edib. Clarident-in əməkdaşlıq dövründə ən yüksək gəlirliliyi 3,77%, ən aşağı gəlirliliyi isə 0,84%, Deutschebank Asset Management -in müvafiq olaraq 6,2% və 2,03% təşkil edib.

Xəbər lenti

Xəbər lenti