...

TRACECA İLƏ TRANZİT KONTEYNER YÜKLƏRİNİN DAŞINMA TARİFLƏRİ 50% AZALDILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 13:40 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi marşrutu ilə tranzit konteyner yüklərinin daşınması tarifləri 50% azaldılacaq. Bu barədə Trend ə TRACECA-nın Azərbaycandakı daimi katibliyinin sədri Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, belə razılıq Azərbaycanın Nəqliyyat Nazirliyi, Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi, Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin nümayəndələrinin TRACECA nəqliyyat dəhlizi marşrutu ilə daşımaların inkişafı ilə bağlı keçirilən iclası çərçivəsində əldə olunub.

"Razılığa əsasən oktyabrın 1-də dəhlizlə və aşağı qiymətlərlə pilot heyəti buraxılacaq. Hazırda Gürcüstanın Poti limanından Asiya ölkələrinə 20 ton neftin daşınması 1300 dollara, Novorossiyskdən isə - 937 dollara başa gəlir", - deyə o qeyd edib.

A.Mustafayev etiraf edib ki, əvvəlcə bu heyət zərərə işləyəcək, lakin Avropadan Asiyaya və ya əks istiqamətə nəql edilən konteyner yüklərinin bir hissəsi cəlb edildikdən sonra böyük gəlir əldə etmək imkanı yaranacaq, cünki bu istiqamətdə yüklər 10 mln konteyner həcmindədir. "Keçən il TRACECA dəhlizi ilə cəmi 200 konteyner nəql edilib", - deyə o bildirib.

Hazırda TRACECA bu istiqamətdə Qazaxıstan və Gürcüstanın dəmiryolları və limanları ilə razılıq əldə edib. Bir ay ərzində isə X G-nin qəti cavabının məlum olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti