...

NƏQLİYYAT NAZİRLİYİ BAKI DAİRƏVİ YOLUNUN TİKİNTİSİNDƏ MARAQLI OLAN ŞİRKƏTLƏRİN İLKİN SEÇİMİNİ KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 15:24 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" departamenti Bakı dairəvi yolunun tikintisi laiyhəsində maraqlı olan podratçı şirkətlərin ilkin seçimini keçirir. B u barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib. Bu işdə marağı olan şirkətlər sənədlərini iyulun 25-nə kimi təqdim etməlidirlər.

"Seçimdə üstünlük Azərbaycanın, Küveytin, Ərəb Əmirliklərinin qanunlarına müvafiq fəaliyyət göstərən şirkətlərə veriləcək. Çünki sözügedən layihə həmin ölkələr tərəfindən maliyyələşdiriləcək. Eləcə də, ərəb şirkətləri və ərəb-Azərbaycan birgə müəssisələri (BM) üçün 7%-lik güzəştlər tətbiq ediləcək.

Nazirlikdə layihənin reallaşdırılması üçün tender komissiyası fəaliyyət göstərəcək. Hazırda yolun keçəcəyi marşrutu özündə dəqiq əks etdirən texniki-iqtisadi əsaslar (TİƏ) üzrə son varint hazırlanır.

Qeyd edək ki, layihə 17 milyon dollar bahalaşıb və hazırda onun qiyməti təxminən 45 milyon dollardır. TİƏ-nin ilkin variantı 1997-ci ildə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti