...

BAKI-SAMUR LAYİHƏSİ ÜZRƏ MƏSLƏHƏTÇİNİN SEÇİLMƏSİ ÜÇÜN MÜSABİQƏ ELAN EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 17:42 (UTC +04:00)

Azərbaycan nəqliyyat nazirliyinin Yolnəqliyyatservis Departamenti Bakı-Samur avtomobil yolunun Sumqayıtdan Zarat qəsəbəsinədək (60 km) olan sahəsinin yenidənqurulması layihəsi çərçivəsində məsləhətçinin seçilməsi üçün müsabiqə elan edilib.Bu barədə Trend agentliyinə departamentdə bildirilib.

AYİB-nin direktorlar Şurası Bakı ilə Rusiya sərhədində yol sahəsinin yenidənqurulmasının maliyyələşdirilməsi layihəsinə $100 mln ayrılmasını bəyənib. Bank bu layihəyə 15 il müddətinə 3 illik güzəştlə və LIBOR+1% dərəcəsi ilə kredit ayırır.

Departamentdə qeyd edilib ki, Azərbaycan hökuməti AYİB-dən kredit alacaq və onun bir hissəsi bu sahənin tikintisinin texniki nəzarəti üzrə konsultativ xidmət xərclərinin ödənilməsinə yönəldiləcək. "Hələlik bankla kredit sazişi imzalanmayıb.Amma bankın razılığı ilə biz layihənin gerçəkləşdirilməsi prosesinin sürətləndirilməsi üçün bu işləri həyata keçiririk ki, kredit alındıqda vaxt itirməyək və konkret işlərə başlayaq " -deyə departamentdə qeyd edilib.

Xəbər lenti

Xəbər lenti