...

QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKI AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI ÜÇÜN VƏSAİT AYIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 17:43 (UTC +04:00)

Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) iyulun sonlarına kimi bankın Direktorlar Şurasının növbəti iclasını keçirməyi planlaşdırır. Azərbaycandan Bankın idarəedici direktoru Samir Şərifovun Trend ə verdiyi məlumata görə, həmin iclasın gedişində bir sıra, o cümlədən Azərbaycan üzrə layihələrin reallaşdırılması məsələləri msüzakirə olunacaq.

"Azərbaycan üzrə bir layihənin müzakirə olunacağı gözlənilir. Söhbət Azərbaycanın Mikro Maliyyələşdirmə Bankı (AMMB). Biz prinsip etibarilə bu layihənin tərəfdarıyıq, lakin paralel olaraq biz QTİB-nın ehtiyatlarının nəyə görə beynəlxalq səhmdarları olan banka ayrıldığını bankın rəhbərliyi qarşısında çox kəskin şəkildə qoyacağıq. Nə üçün QTİB Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), KfW və digərləri kimi kredit xəttləri ayırmır", - deyə S.Şərifov bildirib.

Onun sözlərinə görə, AMMB üçün 3,5 milyon dollar məbləğində kredit xətti açılacaq.

Xəbər lenti

Xəbər lenti