...

"MİNGƏÇEVİR İZOLİT" SƏHMDAR CƏMİYYƏTİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏKRAR İNVESTİSİYA MÜSABİQƏSİ KEÇİRİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 18:45 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi elektrik qurğuları hissələrinin izolyasiyanıa məxsus materiallar istehsal edən "Mingəçevir izolit" kimya müəssisəsi üzrə təkrar özəlləşdirməyə dair müsabiqə elan edib. Bu barədə Trend ə İİN dövlət əmlakının və özəlləşdirmənin idarə olunması üzrə departamentinin direktor müavini Mehman Rzayev məlumat verib.

Onun sözlərinə görə, birinci müsabiqədə ərizələr təqdim olunmadığından təkrar müsabiqənin keçirilməsi qərara alınıb. "Bu obyekt özəlləşdirilənə qədər həyata keçiriləcək, Belə ki, bizim məqsədimiz müəssisənin fəaliyyətini bərpa etməkdir", - deyə o qeyd edib.

Demək olar ki, bütün aksiyalar paketi (98,74%) investorlara təklif olunacaq, yerdə qalan hissə isə (1,26%) qapalı abunə vasitəsilə artıq müəssisənin kollektivi tərəfindən mənimsənilib.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi avqustun 16-da, müsabiqənin iştirakçılarının özəlləşdirmə planı ilə tanışlıq avqustun 12-də dövlət əmlakı və özəlləşdirmənin idarə olunması üzrə departamentdə həyata keçiriləcək.

Öz investisiya proqramları çərçivəsində investorlar yüksək keyfiyyətli materialların, şüşə-plastik məmulatların və kimya sənayesinin digər məhsullarının istehsalı üzrə təkliflər verməli, onların özəlləşdirilməsinin həcmi və müddəti barədə məlumat verməlidirlər.

2005-ci il 1 aprel tarixində "Mingəçevir izolit" zavodunun kapitalı aksiyalarını hər biri 10 min manat olmaqla 2 milyard 592 milyon manat təşkil edirdi. Müəssisənin öhdəliyi 1,804 milyard manat, debitor borcları 3,025 milyard manat təşkil edir. Zavod 1962-ci ildə istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti