...

KFW AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA RİTEEYL-BANKİNQİN İNKİŞAFI LAYİHƏSİNƏ 2 MİLYON AVRO ÖDƏYƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 15:12 (UTC +04:00)

Azərbaycanda və Gürcüstanda riteyl-bankinqin inkişafı layihəsi olan "Azərbaycan və Gürcüstanın əhalisinə və orta və kiçik sahibkarlığa xidmət göstərən bankların inkişafı üzrə Qafqaz təşəbbüsü" öz donorunu dəyişib.

Beynəlxalq Əməkdaşlıq üzrə əmanət kassaları Fondundan (SBFIC) Trend ə bildiriblər ki, bundan sonra layihə onun üçün 2 milyon avro ayıran Almaniya Yenidənqurma Bankının (KfW) vəsaiti hesabına maliyyələşdiriləcək.

Layihənin reallaşdırılması müddəti 18 ay təşkil edir.

Bundan əvvəl isə layihə Almaniyanın Texnika Yardım Cəmiyyəti (GTZ) tərəfindən maliyyələşdirilirdi. 2005-ci il aprelin 1-də GTZ ilə bağlanan müqavilənin vaxtının başa çatdığı üçün bank layihənin bundan sonra maliyyələşdirilməsini dayandırdığını bəyan edib. Layihənin ilkin dəyəri 847 min avro olub' sonradan GTZ-nin xətti ilə hesaba əlavə 1 270 min avro da köçürülüb.

SBFIC-dən bildiriblər ki, bundan sonra layihənin reallaşdırılması ilə KfW məşğul olacaq.

Azərbaycanın Bank Tədrisi Mərkəzinin (ABTM) rəhbəri Cavanşir Abdullayevin Trend ə verdiyi məlumata görə, ABTM cari ilin sentyabrından layihənin reallaşmasında iştirak edəcək.

Qeyd edək ki, layihənin reallaşdırılmasında Azərbaycanın Bank of Baku' "Respublika", "Parabank" və UniBank bankları, Gürcüstan tərəfindən isə TbilUniversalbank və Repablikbank bankları iştirak edəcəklər.

Banklarla iş beş modul əsasında həyata keçiriləcək - xidmət keyfiyyətinin yaxşılaşdırılması' bank işçilərinin ixtisasının artırılması' yeni bank məhsullarının tətbiqi (pərakəndə xidmətin inkişafı vasitəsilə)' Azərbaycan və Gürcüstan bankları arasında əməkdaşlığın inkişafı və onların gəlirliliyinin artması. Bundan əlavə' layihə çərçivəsində birgə seminarlar təşkil olunur' Almanyianın müxtəlif vilayətlərində bank işinin təcrübəsi öyrənilib və bank bazarının tədqiqi və s. araşdırmalar aparılıb.

Xəbər lenti

Xəbər lenti