...

AZƏRBAYCANDA KORPORATİV İDARƏETMƏ STANDARTLARININ TƏTBİQ EDİLMƏ POTENSİALI MÖVCUDDUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 16:39 (UTC +04:00)

Korporativ standartların tətbiqi kifayət qədər uzunmüddətli layihədir. Beynəlxalq əməkdaşlıq üzrə (SBFIC) əmanət kassaları Fondunun eksperti Reyner Haberkornun (Rayner Haberkorn) Trend ə bildirdiyi kimi, Azərbaycanda belə standartların tətbiqi "bir-iki ilin" işi deyil.

Ekspert onu da vurğulayıb ki, ölkənin bank bazarının beynəlxalq inteqrasiyaya can atması nəzərə alınmaqla Azərbaycanın maliyyə sektorunda korporativ idarəetmənin tətbiqi olduqca vacibdir.

"Beynəlxalq maliyyə aləminə inteqrasiya üçün xüsusilə korporativ idarəetmənin tətbiqi ilə təmin olunan şəffaflıq lazımdır", - deyə ekspert bildirib.

O, həmçinin qeyd edib ki, belə idarəetmənin Azərbaycanda tətbiq olunması üçün ölkədə hər cür imkan - bəşəri ehtiyatlar, layihənin həyata keçirilməsinin zəruriliyini dərk edən, güclü və bu prosesə nəzarət edən Azərbaycan Milli Bankı var.

Xəbər lenti

Xəbər lenti