...

"DÖVLƏTİN İNVESTİSİYA SİYASƏTİ VƏ SƏMƏRƏLİLİK" LAYİHƏSİNİN REALLAŞDIRILMASINA 2006-CI İLDƏN BAŞLANILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 17:33 (UTC +04:00)

"Dövlətin investisiya siyasəti və səmərəlilik" layihəsinin treninq komponentlərinin reallaşdırılmasına 2006-cı ilin əvvəllərindən başlanılacaq. Azərbaycanın Bakı Bank Tədrisi Mərkəzinin (ABTM) rəhbəri Cavanşir Abdullayevin Trend ə verdiyi məlumata görə, treninq İqtisadi İnkişaf Nazirliyinin departament və şöbələrinin rəhbərləri və əməkdaşları üçün həyata keçiriləcək.

"Amerikalı və yerli mütəxəssislər İqtisadi İnkişaf Nazirliyində və digər nazirliklərdə dövlət investisiya layihələrinin qiymətləndirilməsi və hazırlanması məsələləri üzrə treninqlərə tələbatın müəyyən edilməsi üçün təhlillər aparıblar.

Layihənin komandası növbəti mərhələ üçün fəaliyyət planı hazırlayıb və avqust ayında həmin plan tam təsdiqlənəcək. Gözlənildiyinə görə, gələn ilin əvvəlindən dövlət layihələrinin seçimi, hazırlanması və qiymətləndirilməsi məsələləri üzrə treninqlərin keçirilməsinə başlanacaq ", - deyəC.Abdullayev qeyd edib.

Layihənin büdcəsi 4 milyon dollara bərabərdir. USAID tərəfindən maliyyələşdiriləcək layihənin reallaşdırılma müddəti 3 ildir. Layihənin icraçısı İİN, podradçıları Development Alternatives Internationak və Bearing Point, subpodradçıları - ABTM-dir. Layihənin həyata keçirilməsində məqsəd ölkədə investisiya iqlimini yaxşılaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti