...

AQUSTİNOM KARSTENSİN BAŞÇILIĞI İLƏ BEYNƏLXALQ VALYUTA FONDUNUN MİSSİYASI BU GÜN BAKIYA GƏLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 17:34 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) direktor müavini Aqustin Karstensin başçılıq etdiyi Dünya Bankının missiyası iyulun 21-də axşam Bakıya gəlir. Fondun Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, missiyanın rəsmi səfəri iyulun 22-də başlayacaq.

Səfərin gündəliyinə maliyyə naziri Əvəz Ələkbərov, Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Nazirlər Kabinetinin rəhbəri Artur Rasizadə və ölkə prezidenti İlham Əliyevlə görüşün keçirilməsi planlaşdırılıb. Bundan sonra Aqustin Karstens mətbuat üçün brifinq keçirəcək və daha sonra QHT nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Aqustin Karstenslə Bakıya BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin (MCD) mütəxəssisi Vitali Kramarenko, həmçinin Mövsüm Xan və Frits Zurbruq da gəlib.

Bu səfər tanışqlıq xarakteri daşıyır və fondun rəhbərliyiinin ölkəyə ardıcıl səfərləri çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti