...

AZƏRBAYCAN HİNDİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 18:15 (UTC +04:00)

Azərbaycan ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas) tərəfindən təşkil edilmiş beynəlxalq konfransda iştirak eədəcək. Kənd təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzində Trend agentliyinə bildirilib ki, tədbir cari ilin oktyabr ayının 18-dən 22-dək Dehlidə keçiriləcək.

Mərkəzdə bildirilib ki, paxlalı bitki məhsullarının tədqiqinə həsr olunmuş II beynəlxalq konfransda Əkinçilik İnstitutunun paxlalı bitkilər laboratoriyasının direktoru Lütfiyar Əmirovun iştirakı planlaşdırılır.

Mərkəzdə qeyd olunub ki, Azərbaycanın konfransda iştirakı tədbirin təşkilatçıları tərəfindən maliyyələşdiriləcək.Konfransda tədqiqat, paxlalı və dənli bitkilərin yeni növlərinin yetişdirilməsi, müxtəlif ölkələr arasında həmin istiqamətdə yeni layihələrin gerçəkləşdirilməsi perspektivləri sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti