...

TBİLİSİDƏ AZƏRBAYCAN MALLARININ SƏRGİSİ KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 11:22 (UTC +04:00)

Tbilisidə Azərbaycanda istehsal olunan malların sərgisi keçiriləcək. Bu barədə İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun prezidenti Emil Məcidov bu gün Trend xəbər agentliyinə müsahibəsində bildirib.

E.Məcidov sərginin keçirilməsi vaxtının müəyyənləşdirilməsi və təşkilati məsələlərin həlli məqsədilə avqustun sonu-sentyabrın əvvəlində Tbilisidə səfərdə olacağını qeyd edib.

O, səfər müddətində Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi və Ticarət Palatasında bir sıra görüşlər keçirəcəyini və sərginin keçirilməsi ilə bağlı müzakirələr aparacağını deyib.

Xəbər lenti

Xəbər lenti