...

2015-Cİ İLDƏ ÖLKƏDƏ 20 MİN TON TÜTÜN İSTEHSAL OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 11:27 (UTC +04:00)

2015-ci ilə kimi ölkədə tütün istehsalının həcminin 20 min tona çatdırılması nəzərdə tutulur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə verilən məlumatda bildirilir.

Verilən məlumata görə, ölkədə 2006-2015-ci illərdə həyata keçiriləcək "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Belə ki, hazırda ölkədə əkilən şərq tipli tütünlər tədricən daha yüksək keyfiyyətli Amerika tipli virciniya və berley tütünləri ilə əvəzləşdiriləcək. Artıq ölkənin bəzi rayonlarında bu prosesə başlanılıb. İlkin olaraq becərilən yeni tipli tütünlərin qurudulması və fermentasiyası üçün lazım olan 4 ədəd texnoloji avadanlıq ölkəyə gətirilərək Zaqatalada quraşdırılıb.

Qeyd edək ki, bu il ümumilikdə sahələrdən təqribən 8 min ton tütün yarpağının yığılması nəzərdə tutulur. Bu isə ötən ilki göstəricidən 1300 ton çoxdur.

Xəbər lenti

Xəbər lenti