...

INPEX ŞİRKƏTİ EITI PROQRAMINA QOŞULUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 17:42 (UTC +04:00)

Yaponiyanın Inpex şirkəti sənayedə əldə olunan şəffaflıq Təşəbbüsləri (EITI) proqramının Azərbaycanda tətbiqi üzrə qarşılıqlı anlaşmaya dair Memoranduma qoşulmaq haqqında akt imzalayıb. EITI üzrə komissiyada Trend agentliyinə verilən məlumata əsasən, sənəddə qeyd olunur ki, Inpex Southwest Caspian Sea, Ltd şirkəti Azərbaycanda karbo-hidratların hasilatı sahəsindəki fəaliyyəti ilə bağlı EITI üzrə hökumət komissiyası tərəfindən Memoranduma qoşulmaq haqqında dəvətnamə alıb.

Beləliklə, Azərbaycanda EITI-nin tətbiq edilməsi üzrə Memorandumu imzalayan şirkətlərin sayı 22-yə çatıb.

Azərbaycanda EITI -nin tətbiqi haqqında Memorandum 2004-cü il noyabrın 24-də (neft-qaz) hasilat sahəsində 21 xarici və yerli şirkət, o cümlədən ARDNŞ, Bp Azerbaijan, ExxonMobil, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Energy və digər iri şirkətlər tərəfindən imzalanıb.

Inpex şirkətinin Azərbaycanda nümayəndəliyi olmadığı üçün öncədən Memoranduma qoşulmamışdı və 2005-ci ilin martında (2004-cü ilin ilk altı ayı ərzində) başa çatdırılan Təşəbbüslərin gerçəkləşdirilməsi üzrə birinci hesabat dövründə, eləcə də ikinci yekun hesabat dövründə (bütün 2004-cü il) iştirak edə bilməmişdi. "Qoşulmaq haqqında Akt"ı imzalayan Inpeks Memoranduma qoşulan digər şirkətlər kimi növbəti hesabat dövründə (2005-ci il) öz ödəmələrinə dair AR hökumətinə hesabat verəcək.

Xəbər lenti

Xəbər lenti