...

AVROPA BİRLİYİ YENİ QONŞULUQ PROQRAMININ BÜDCƏSİNİ ARTIACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 18:15 (UTC +04:00)

Avropa İttifaqı Yeni qonşuluq siyasəti proqramının büdcəsini artırmağı planlaşdırır. Tacis-in Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, yardım proqramı çərçivəsində Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və həmçinin Rusiya, Moldova, Belorusa (cəmi 17 ölkə) 2007-ci ildən 2013-cü ilə kimi yardım göstərilməsi planlaşdırılır. İlkin büdcə layihəsi 8,5 milyard avro nəzərdə tutulsa da , lakin sonradan onun 15 milyard avroya qədər artırmaq qərara alınıb.

Bu layihənin Azərbaycan üzrə layihəsi bu ilin sonlarında - gələn ilin əvvəllərində müəyyən ediləcək.

Azərbaycanla Yeni qonşuluq siyasəti proqramı çərçivəsində bir sıra istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılıb. Həmçinin, ənənəvi məkdaşlıq zamanı demokratik islahatlar, məhkəmə islahatları, insan hüquqlarının müdafiəsi, ticarət münasibətləri, ÜTT-na üzv olmağa yardım, nəqliyyat və energetika sahəsində əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, korrupsiya ilə mübarizədə yardım göstərilməsi, seçki sisteminin yaxşılaşdırılması, narkotiklərin ticarəti və narkotik qaçaqmalçılığı ilə mübarizə, sərhəd mühafizəsinin və polisin möhkəmləndirilməsi, miqrasiya məsələlərinin nizamlanması, yoxsulluğun azalması məsələlərində vəziyyətin yaxşılaşdırılması, struktur islahatları, investisiya layihələrinin şəffaflığı, kiçik və orta sahibkarlığa hüquqi yardım, vergi və gömrük sisteminin müasirləşməsi və s. nəzərdə tutulur.

Yeni qonşuluq siyasətində yeni istiqamətlər "İnsanlar arasında əlaqələr" olacaq ki, bu da Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin Avropada təhsil, mədəniyyət mühafizə və s. ilə bağlı ictimai proqramlarda iştirakını nəzərdə tutur.

Fəaliyyət planının, eləcə də yeni proqramın büdcəsinin tərtib olunması cari ilin sonlarında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti