...

AZƏRBAYCANDA PULUN ÇƏKİSİ 12,7% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2005 11:53 (UTC +04:00)

İyun ayında Azərbaycanda pulun çəkisi 6,044% artıb, 2005-ci il ərzində isə bu artım 12,7% təşkil edib. Azərbaycan Milli Bankından Trend ə verilən məlumata görə, iyulun 1-də pulun çəkisi (M2) 3851,3 mlrd manat artıb, bu rəqəm iyunun 1-də 3631,8 mlrd manat, 2005-ci il yanvarın 1-də isə 3418 mlrd manat t əşkil edib.

İyun ayında nəğd vəsaitlərin (M0) həcmi 7,399% artıb, il ərzində isə bu artım 11,913% təşkil edib. İyulun 1-nə olan M0 göstəricisi 2673,6 mlrd manat olub, bu rəqəm 2005-ci il mayın 1-də 2489,4 mlrd manat, yanvarın 1-də isə 2389 mlrd manat təşkil edib.

May ayında nağd olmayan vəsaitlərin həcmi 3,09% artıb, cari ildə isə artım 14,451% olub. İyulun 1-nə nağd olmayan vəsaitlərin həcmi 1177,7 mlrd manat təşkil edib. 2005-ci il mayın 1-də bu göstərici 1142,4 mlrd manat, yanvarın 1-də isə 1029 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti