...

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ BANK OF BAKU-ya KAPİTAL QOYMASI MƏSƏLƏSİNİN MÜZAKİRƏSİ SENTYABR AYINA TƏXİRƏ SALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 12:15 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bank of Baku-nun kapitalında iştirak etmək məsələsinin müzakirəsinin təxirə salınması barədə rəsmən elan edib. Trend in xəbər verdiyi kimi, AYİB-in məlumatında deyilir ki, bu məsələnin direktorlar Şurası tərəfindən müzakirəsi cari ilin sentyabr ayının 6-na kimi təxirə salınıb. Əvvəlcə bu məsələyə iyulun 26-da baxılması planlaşdırılmışdı.

Avropa bankı Bank of Baku-nun səhmdarı olmaq niyyətindədir. Hazırda AYİB Azərbaycan banklarından birinin - UniBank-ın səhmdarıdır. Bank of Baku 2005-ci ilin fevralında iki özəl bankın - Bank of Baku və Ilkbank-ın birləşməsi nəticəsində yaradılıb.

AYİB Azərbaycanda investisiyaların özəl müəssisələrin, ilk növbədə kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi potensialını artıracağını, bazarda mövqelərin ən yaxşı inkişaf metodlarının tətbiq olunmasının səmərəliliyini nümayiş etdirəcəyini, yerli kiçik bankların birləşməsi prosesinə təkan verəcəyini nəzərdə tutaraq, bu məqsədlə $5 mln vəsait ayırmağı planlaşdırır.

AYİB bankların birləşməsini və kredit vermə üzrə onların potensialının artırılmasını, infrastrukturun və korporativ idarəetmənin inkişafını, müşahidə şurasının institusional inkişafına köməklik etmək, inzibatçılığın keyfiyyətini artırmaq, maliyyə sektorunda birləşmənin üstünlüklərini nümayiş etdirmək məqsədilə investisiya ayırmağı nəzərdə tutur.

Əvvəllər AYİB-in Bank of Baku-nun nizamnamə kapitalında 25% kapitala malik olduğu xəbər verilirdi.

AYİB həmçinin Bank of Baku-nun institusional inkişafına və KOS-un maliyələşdirilməsinin yaxşılaşdırılmasına yardımın göstərilməsinə yönəldiləcək Avropa İttifaqının Tacis proqramı tərəfindən banka texniki yardımın göstəriləcəyini də bildirirdi.

Xəbər lenti

Xəbər lenti