...

BİRJA ELEKTRON SİSTEMİ TİCARƏTİNİN DÖVRİYYƏSİ ARTIQ 417,301 MİLYON DOLLAR TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 13:12 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBIB) Birja Elektron Sistemi Ticarətinin (BEST) dövriyyəsi iyulun 18-22-də ABŞ dolları ilə 9,614 milyon dollar təşkil edib.

BBIB -dən Trend ə verilən məlumata görə, iyul ayı ərzində BEST-in dövriyyəsi (33,595 milyon dollar) artıq iyun ayındakı dövriyyəyə ( 57,5% ) bərabərdir (58,421 milyon dollar), 2005-ci il mart ayı üzrə dövriyyə 35,775% (93,904 milyon dollar) və 2004-cü il üçün rekord olan 34,42% (97,59 milyon dollar) təşkil edib, həmçinin 2003-cü ilin dekabr ayı üzrə rekord dövriyyə (BEST-in bütün tarixi ərzində) 33,45% (100,428 milyon dollar) təşkil edib. 2005-ci il üzrə dövriyyə ABŞ dolları ilə (407,687 milyon dollar) artıq 45,8%, 2004-cü il üçün rekord olan (910,973 milyon dollar) və 2003-cü il üzrə 96,34% (433,157 milyon dollar) təşkil edib.

Bu həftə BEST-də yalnız valyutalaşdırma ilə əlaqədar sazişlər bağlanıb. İyulun 18-də dövriyyə $4,302 milyon (orta müadilə məzənnəsi 4698,92 AzM/USD), iyulun 19-da 0,435milyon (4695AzM/USD), iyulun 20-də 3,750 milyon (4697,78 AzM/USD), iyulun 21-də - 1,08 milyon (4697 AzM/USD) dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti