...

BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKINA $3 MLN MƏBLƏĞİNDƏ KREDİT VERİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 16:47 (UTC +04:00)

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında BMK-nın kredit verməsinə dair razılıq imzalanıb. Trend ə verilən məlumata görə, kreditin ölçüsü $3 mln məbləğində olmaqla mikro kreditlərin maliyyələşdirilməsi məqsədilə 5 il müddətinə verilir.

Əvvəllər AMMB belə məqsədlərlə AYİB-dən $5 mln məbləğində kredit alıb. Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankı da AMMB-yə $3,5 mln məbləğində kredit ayırmaq niyyətindədir.

Bankın cari kredit portfeli 4,3 min kredit olmaqla $11,7 mln dollar təşkil edir. Üç il əvvəl bank 13 mindən artıq kredit üzrə $30 mln vəsait verib. AMMB hər il illik faiz dərəcəsi 18-36% olmaqla 100 min dollardan 125 min dollara qədər məbləğdə 700-dən çox kredit verir.

Bu günlərdə ABBM özünün Gəncədə altıncı filialını açıb. Payızda bankın Şəkidə filialının açılması planlaşdırılır. Bankın $6,85 mln məbləğində nizamnamə kapitalı var. Onun aksiyalarının 25,6%-i BMK və QDTİB-ə məxsusdur, KfW-nin payına aksiyaların 24,9%, AYİB-in - 18,2%, LFS Maliyyə Sistemlərinin isə - 5,7% düşü

Xəbər lenti

Xəbər lenti