...

2006-CI İLDƏN AZƏRBAYCANIN ŞİMAL-ŞƏRQ REGİONLARININ İNKİŞAFI LAYİHƏSİNİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ BAŞLANILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 17:18 (UTC +04:00)

Azərbaycanın şimal-şərq regionlarının 5 il müddətinə inkişafına istiqamətləndirilmiş layihə 2006-cı ilin əvvəlindən etibarən gerçəkləşdirilməyə başlanılacaq.Kənd təsərrüfatı nazirliyində Trend agentliyinə bildirilib ki, cari ilin sonunadək layihəni həyata keçirəcək tərəflər qarşıdakı işlərin bəzi məsələləri barədə razılığa gələcək.

Xüsusilə bu dövr ərzində layihənin rəhbəri və onun gerçəkləşdirilməsi ilə məşğul olacaq işçi qrup təsdiq olunacaq.

Nazirlikdə qeyd olunub ki, layihənin həyata keçirilməsi üçün vəsait gələn ilin əvvəlində veriləcək.Həmin vəsait hesabına 15012 ailənin yaşayış şəraiti yaxşılaşdırılacaq.

Layihənin tam dəyəri $25 mln 148 min həcmində qiymətləndirilir ki, bunun da $12 mln. kənd təsərrüfatının inkişafı Beynəlxalq Fondu (IFAD) tərəfindən ayrılıb, $2 mln 690 min Azərbaycan hökumətinin payına düşür, məbləğin qalan hissəsini isə OPIC verəcək.

Xəbər lenti

Xəbər lenti