İyulun 27-də İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında İqtisadi islahatlar Mərkəzi "Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin elmi əsaslarının gücləndirilməsinin aktual vəzifələri" mövzusunda dəyirmi masa keçiriləcək .
İİN-dən Trend ə verilən məlumata görə, dəyirmi masanın keçirilməsində əsas məqsəd problemin mümkün həlli yollarının öyrənilməsi və bu istiqamətdə müvafiq strukturlarla həyata keçirilən tədbirlərin gücləndirilməsindən ibarətdir.
Dəyirmi masanın işində rəhbər şəxslər, sosial-iqtisadi təhlillərlə məşğul olan təşkilatların nümayəndələri, ölkənin tanınmış iqtisadçıları, aparıcı mütəxəssislərinin iştirakı planlaşdırılıb.