...

BAKI DAİRƏVİ YOLUNUN TİKİNTİSİNDƏ İŞTİRAK EDƏCƏK ŞİRKƏTLƏRİN İLKİN SEÇİMİNİN MÜDDƏTİ UZADILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 18:43 (UTC +04:00)

Azərbaycan Nəqliyyat nazirliyinin Yolnəqliyyatservis departamenti Bakı dairəvi yolunun tikintisində maraqlı olan şirkətlərin ilkin seçim müddətini uzadıb. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Maraqlı şirkətlər sənədlərinin avqustun 8-nə kimi təqdim etməlidirlər. Hazırda artıq bəzi şirkətlər öz təkliflərini departamentə təqdim ediblər. Seçimdə üstünlük Azərbaycan, Küveyt, Ərəb Əmirliklərinin qanunları ilə fəaliyyət göstərən şirkətlərə veriləcək.

Çünki layihənin məhz öbu ölkələr maliyyələşdirir. Həmçinin ərəb şirkətləri və ərəb-Azərbaycan birgə müəssisələri üçün 7 %-lik güzəştlər də tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti