Sentyabrın 25-27-də Baden-Vyurttemberq federal torpağının (AFR) işgüzar dairələrinin bir qrup nümayəndəsi Bakıya gələcək. Almaniya-Azərbaycan İqtisadi Yardım Şurasının (DAWF) icraçı direktoru Elnur Qurbanovun Trend ə verdiyi məlumata görə, missiyaya Baden Vyurttemlberqin iqtisadiyyat nazirinin müavini Horst Mehrlender başçılıq edəcək.
Azərbaycana AFR-in müxtəlif işgüzar dairələrin 15 nümaynədəsinin səfər edəcəyi planlaşdırılır. Azərbaycana orta biznesin nümayəndələrindən ibarət belə nümayəndə heyətinin gəlməsi diqqətəlayiq haldır.
Bununla əlaqədar, DAWF sentyabrın 26-da Bakıda Azərbaycan və Baden-Vyurttemberqdən olan sahibkarlar üçün biznes-forum keçirəcək ki, həmin toplantıda biznesin aliminium örtüklər, kimya maşınqayırma, metal texnikası, tibbi avadanlıq və boru prokatı kimi sahələrinin nümayəndələri təmsil olunacaq.