...

AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA "SƏRNİŞİN VƏ YÜKLƏRİN DƏMİRYOL NƏQLİYYATI İLƏ DAŞINMASININ TƏŞKİLİ"NƏ DAİR SAZİŞ İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 16:44 (UTC +04:00)

İyulun 26-da Azərbaycan Dövlət Dəmiryol (ADDY) və "Rusiya Dəmiryol" SC nümayəndələrinin ikigünlük görüşü başa çatıb. Bu barədə Trend ə ADDY mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə əsasən, iclasın nəticələrinə görə yaxın zamanlarda ADDY və "RDY" SC nümayəndələri tərəfindən imzalanacaq "Dəmiryol nəqliyyatı ilə sərnişin və yüklərin daşınmasının təşkili"nə dair sazişə ilk imza atılıb.

Sazişin imzalanmasında məqsəd hər iki ölkə arasında beynəlxalq və tranzit qaydalar üzrə dəmiryol daşımalarının təşkilində qarşılıqlı əlaqələrin yaranmasıdır. Sənədə yüklərin və konteynerlərin təhvil verilmə texnologiyası, sərnişin daşımalarının, sərnişin vaqonlarının, barja və yük barjalarının təhvil verilmə qaydaları, vaqonların təhvil verilmələrinin həyata keçirildiyi dəmiryol stansiyaları arasında texniki vasitələrə və digər obyektlərə xidmətin göstərilməsi qaydaları, həmçinin tərəflərin öhdəlikləri daxildir.

Xəbər lenti

Xəbər lenti