...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINA 55 MİLYON DOLLARDAN ARTIQ SƏRMAYƏ QOYULUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 19:19 (UTC +04:00)

2005-ci il yanvarından iyun ayına kimi Naxçıvan Muxtar Respublikasına (NMR) 258691,1 milyon manat (55 milyon dollardan artıq) sərmayə qoyulub ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 2,4 dəfə çoxdur.

NMR-nın Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu dövrdə 160189,4 milyon manatlıq (34,097 milyon dollarlıq) tikinti işləri həyata keçirilib ki, onlardan 98501,7 milyon manatlığı (20,967 milyon dollar) və ya 38,1%-i qeyri-istehsal obyektlərinin payına düşüb. Tikinti işlərinə 3 mindən artıq adam cəlb edilib.

Nümayəndəlikdən həmçinin bildiriblər ki, bu müddət ərzində H.Əliyev adına elektrik stansiyasında, muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinin administrativ binasının, sosial təminat fondunun, bu yaxınlarda istifadəyə verilməsi planlaşdırılan Culfadakı sərhəd gömrük məntəqəsinin tikinti işlərinə başlanılıb və davam etdirilib.

Xəbər lenti

Xəbər lenti