...

AZƏRBAYCANIN BİRJALARINDA 242 HƏRRAC KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 14:13 (UTC +04:00)

2005-ci ilin birinci yarısında Azərbaycanın birjalarında 242 hərrac keçirilib. Həmin hərraclar zamanı valyuta, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsulların satışından 2 615 milyard manat məbləğində vəsait əldə olunub.

Keçirilən hərracların ümumi həcmi və dövriyyəsində Bakı Fond Birjası (BFB) və Bakı Banklararası Valyuta Birjası (BBIB) xüsusi yer tutur. BFB-da 588,5 milyard manat məbləğində qiymətli kağız reallaşdırılıb ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 8% çoxdur. Əmtəə birjasında istehsal-texniki təyinatlı məhsulların və daşınmaz əmlak satışı bir qədər azalıb.

Xəbər lenti

Xəbər lenti