...

QARADAGH "CEMENT" VERGİLƏR NAZİRLİYİNƏ BORCUNU HİSSƏ-HİSSƏ ÖDƏYİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 15:58 (UTC +04:00)

Qaradagh "Cement" Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) Vergilər Nazirliyinə borclarını hissə-hissə ödəyir. Vergilər Nazirliyindən Trend ə verilən məlumata görə, müəssisə əsas borcdan 13 milyard manatdan artığını .dəyib. Cərimə və qalıqların hesabına yaranmış borcun yerdə qalan hissəsi hələ 3 milyard təşkil edir.

Qeyd edək ki, Vergilər Nazirliyinin cinayətlərin ilkin təhqiqatı departamentindən verilən məlumata görə, müəssisəyə qarşı 213.4 maddə üzrə (böyük miqdarda vergidən yayınma) cinayət işi qaldırılıb.

ATSC-da bu il fevralın 21-dən martın 24-nə kimi aparılan səhra vergi yoxlamalarının yekunlarına görə, müəssisə Nazirliyə 2003-cü il yanvarın1-dən 2005-ci ilin yanvarın 1-nə kimi vergi orqanlarına mədaxil və məxariclər barədə saxtalaşdırılmış mühasibat sənədləri təqdim edib. Beləliklə, məlum olub ki, ATSC dövlət büdcəsinə ümumi həcmi 13 289,5 milyon manat olan vergi ödəməkdən yayınıb.

Xəbər lenti

Xəbər lenti