...

FƏRHAD ƏLİYEV: AZERBAIJAN QAZ EMALI –NIN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ TENDER İLİN SONUNA KİMİ UZADILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 18:00 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Azerbaijan Qaz Emali (Azərbaycan qaz emalı zavodu)zavodunun özəlləşdirilməsi üzrə tenderin müddətinibu ilin sonuna kimi uzatmaq niyyətindədir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib.

Onun sözlərinə görə, tenderin uzadılması müddəti müəyyən edilib. Müsabiqə cari ilin sonuna kimi uzadılacaq.

Nazir həm də qeyd edib ki, BP şirkətiözəlləşdirmə üçün ərizə verməyib.

Azerbaijan Qaz Emali zavodu artıq bir neçə dəfədir ki, özəlləşdirməyə çıxarılır, həmçinin sonuncu tender üzrə ərizələrin qəbul müddəti bu il iyulun 21-də başa çatıb. Lakin onun özəlləşdirilməsinə dair heç bir ərizə daxil olmayıb.

İyunun 20-də elan olunmuş sonuncu müsabiqənin tender şərtlərinə görə, özəlləşjdirməyə zavodun səhmlərinin 87,14% -i çıxarılıb, yerdə qalan 12,86% isə zavodun işçiləri arasında bölüşdürülüb.

Özəlləşdirmə investisiya müsabiqəsi yolu ilə keçirilməli, iştirakçılar isə 1 milyard manat həcmində bank zəmanəti təqdim etməli, qalib isə İqtisadi İnkişaf Nazirliyinə 300 min özəlləşdirmə çeki təqdim etməli və 5,5 milyard manat məbləğində büdcəyə vəsait ödəməlidir.

Xəbər lenti

Xəbər lenti