...

SUDAN QANUNSUZ İSTİFADƏ BAKI ŞƏHƏRİNİN SU İLƏ TƏMİNATINDA QITLIQ YARADIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 19:40 (UTC +04:00)

Əgər ölkənin bağ massivlərində qanunsuz istifadə olunan suyun həcmi nəzərə alınmasa, 2 milyonluq Bakı əhalisinə verilən suyun həcmi o zaman kifayət edər. Bu barədə iyulun 27-də jurnalistlərə Azərsu SC-nin prezidenti Oktay Əsədov məlumat verib.

O, paytaxtda su çatışmamazlığının əsas səbəbini su xəttləri üzərində evlərin tikintisi ilə izah edib. Onun sözlərinə görə, indiyə kimi Ramana-Hövsan istiqamətində 15 min şəxsi ev tikilib ki, onlar da qanunsuz olaraq su kəmərinə qoşulublar. Bu da son nəticədə içməli su qıtlığına səbəb olur.

"Hazırda SC ölkədə su sistemi və su təminatı üzrə genişləndirilmiş proqramın hazırlanması üzərində işləyir ki, burada həmin istiqamətdə problemlər öz əksini tapır. Proqram dövlət başçısına təqdim olunandan sonra dərc olunacaq", - deyə O.Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti