...

DÜNYA BANKI İLƏ SAZİŞLƏR AVQUSTDA İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 13:02 (UTC +04:00)

Azərbaycan hökuməti avqustda Dünya bankı ilə kredit sazişləri imzalamağı planlaşdırır. Trend in məlumatına görə, yoxsulluğun azaldılmasına yardımın göstərilməsi (Poverty Reduction Support Credit) və enerji verilməsinə dair layihələr (Power Transmission Project) üzrə iki kredit sazişinin imzalanması nəzərdə tutulur.

İmzalanma prosesi təntənəli surətdə keçməyəcək və Azərbaycan tərəfi layihələri elə ölkədə, DB isə Vaşinqtonda imzalayacaq. Azərbaycan tərəfindən sazişləri maliyyə naziri Əvəz Ələkbərov (PRSC) və baş nazirin müavini Yaqub Eyyubov (Power Transmission Project) imzalayacaqlar.

Dünya bankının Direktorlar Şurası cari ilin mayın 17-də iki kreditin ayrılmasını təsdiq edib. Birinci layihə çərçivəsində Azərbaycana 35 il müddətinə $20 mln vəsait ayrılacaq. Layihənin əsas komponentlərinə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, idarəetmənin təkmilləşdirilməsi, sosial cəlb olunmanın tətbiqi və s. daxildir. Layihə vəsaitlərinin 5%-nin təhsilə, 5%-nin səhiyyə və sosial xidmətlərə, 40%-nin enerji məsələlərinə, 40%-nin sənaye və ticarətə, 10%-nin əsas maliyyə vəsaitlərinə ayrılması planlaşdırılır. Kredit Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri əsasında ayrılır.

Enerji layihəsinin həyata keçirilməsi üçün kredit $48 mln məbləğində 20 il müddətinə ayrılıb. Layihə enerji təminatı sistemlərinin və onun idarə olunmasının yaxşılaşdırılmasına yönəldilib. Bu, Dünya Bankının Azərbaycanda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vəsaitləri hesabına maliyyələşdirilən ilk kreditdir.

Xəbər lenti

Xəbər lenti