...

AZƏRBAYCANIN AQRAR SAHƏSİNDƏ 30 MİNDƏN ARTIQ YENİ İŞ YERLƏRİ AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 13:33 (UTC +04:00)

Cari ilin əvvəlindən Azərbaycanın kənd təsərrüfatı sahəsində 32 min yeni iş yeri açılıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu iş yerlərinin böyük hissəsi daimidir.

Nazirlikdən onu da vurğulayıblar ki, bu tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişaf üzrə dövlət proqramına əsasən həyata keçirilib.

Dövlət strukturunda bildiriblər ki, Nazirlik gələcəkdə də sahibkarlara kreditlər verilməklə və kənd təsərrüfatı müəssisələrinin genişləndirilməsində yardım göstərilməklə bu rəqəmin artırılması üzərində işləyəcək.

2004-cü ildə iş yerlərinin açılması məsələsinə gəldikdə, Nazirlikdə bildiriblər ki, 84 min yeni iş yerləri açılıb. "Hazırda zəhmətkeşlərin 50% məhz aqrar sektorda çalışır", - deyə Nazirlikdə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti