...

AQROLİZİNQ AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN İKİNCİ TENDERİ ÜZRƏ TENDER TƏKLİFLƏRİNİN AÇILMASI KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 17:48 (UTC +04:00)

İyulun 28-də Kənd Təsərrüfatı Nazirliyində Aqrolizinq ASC-nin ikinci tenderi üzrə tender paketinin açılışı keçirilib. Bu barədə Trend məlumat yayıb. Tenderin mövzusu ASC-in maddi-texniki bazasının yaradılması üçüntexnikanın ikinci hissəsinin alınmasıdır.

Prosedura bir lot üzrə -avtomobil kranlarının alınması (4 ədəd), avtokarlar (4 ədəd), texniki təmir avtomobilləri (8 ədəd), yük və sərnişin daşıyan avtomobillər (4 ədəd), yarıqoşqu avtomobilləri (4 ədəd), və azyerli avtomobillər (1 ədəd).

Aqrolizinq ASC-nin nümayəndəsi, Nazirliyin lizinq xidməti şöbəsinin müdiri, tender komissiyasının sədri Aydın Əzizovun sözlərinə görə, tenderə ilk lot üzrə 5 şirkət ərizə versə də, 4-ü iştirak edib. Tenderdə iştirak edən bütün şirkətlər Azərbaycanda nümayəndəlikləri olan Rusiya şirkətləridir.

Tenderdə Rosavtoexport 920 min dollar təklifi ilə, Ural Trade House-1.069 milyon dollar, PM MMC -956 min dollar və Tataristan Trade House -847 min dollar təklifilə çıxış edib.

"Təkliflərin qiymətləndirilməsindən sonrakı 10 gün ərzində tenderi qalibi elan ediləcək və qısa müddət ərzində müvafiq razılaşma imzalanacaq", - deyə A.Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti