...

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA MAL DÖVRİYYƏSİNİN HƏCMİ $237,5 MLN. TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 15:22 (UTC +04:00)

Cari ilin əvvəlindən Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi $237,5 mln. təşkil edib. AR Dövlət gömrük komitəsində (DGK) Trend agentliyinə bildirilib ki, Türkiyədən idxal olunan mallar $157,2 mln. təşkil edib ki, bu da ölkənin ümumi idxalının 7,5%-dir.

Mal dövriyyəsinin ümumi həcmindən $80,3 mln. Azərbaycandan Türkiyəyə ixracın payına düşür. DGK-də qeyd olunub ki, verilən göstəriciyə əsasən, Türkiyə 6,1% payla Azərbaycanla böyük həcmdə mal dövriyyəsi həyata keçirən ölkələr sırasındadır.

Bu dövr ərzində Türkiyədən Azərbaycana dəmir məmulatları, elektrik avadanlığı, məhsullar, geyim, Azərbaycandan Türkiyəyə isə, əsasən, neft məhsulları, pambıq, kimyəvi vasitələr, tütün və dəri məmulatları daşınıb.

Xəbər lenti

Xəbər lenti