...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ "SUMQAYIT SUPERFOSFAT" SƏHMDAR CƏMİYYƏTİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ MÜSABİQƏ ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 16:03 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi (İİN) sulfat turşusunun, superfosfat gübrələrin, akkumulyasiya turşularının və digər kimyəvi maddələrin istehsalı üzrə kimya müəssisəsi olan "Sumqayıt Superfosfat" Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə Trend ə İİN-nin dövlət əmlakının və özəlləşdirmənin idarə olunması üzrə Departamentindən məlğumat verilib.

Müəssisənin səhmlər paketinin demək olar ki, hamısı (99,83%) investorlara təqdim olunub, yerdə qalan hissə isə qapalı abunə yolu ilə müəssisənin işçi kollektivi arasında paylanılıb.

Qeyd edək ki, müəssisənin özəlləşdirilməsi ölkə prezidentinin 22 mart 2001-ci il tarixli "Kimya sənayesi müəssisələri və təşkilatlarının özəlləşdirilməsi barədə" fərmanına müvafiq olaraq həyata keçirilir. Müsabiqə təkliflərinin qiymətləndirilməsi noyabrın 30-da keçiriləcək.

Müsabiqə iştirakçıları özəlləşdirmə planı ilə noyabrın 29-na kimi dövlət əmlakının idarə olunması və özəlləşdirmə Departamentində tanış ola bilərlər.

Öz investisiya proqramları çərçivəsində investorlar kimya sənayesinin yüksək keyfiyyətli məhsullarının istehsalı üzrə, investisiyanın yerləşdirilməsi istiqaməti, həcmi və müddəti təkliflər verməlidirlər.

İnvestorların vəzifələrinə müasir texnologiyanın tətbiqi, zavodda istehsal olunan məhsulların çeşidlərinin genişləndirilməsi, iş yerlərinin bərpa olunması və SC-in işçilərinin soial təminatı daxildir.

Bu gün müəssisənin 537 işçisi var. Müsabiqənin qalibi dövlət büdcəsinə 5,6 milyard manatdan az olmayaraq vəsait ödəməli və İİN-nin departğamentinə 300 min özəlləşmə çeki təqdim etməlidir.

Zavodun kapila Nizamnaməsi bir səhmin normal dəyəri 10 min manat olmaqla 37 milyard 7 milyon manat təşkil edir. Müəssisənin debitor bolrcları 3,451 milyard manat təşkil edir. Zavod 1956-cı ildən istismara verilib.

Xəbər lenti

Xəbər lenti