...

MDB-NİN ƏMƏK, MİQRASİYA VƏ SOSİAL MƏSƏLƏLƏR ÜZRƏ KOMİTƏSİNİN XIX İCLASININ GÜNDƏLİYİNƏ TƏXMİNƏN 15 MƏSƏLƏ DAXİLDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 18:34 (UTC +04:00)

MDB-nin əmək, miqrasiya və sosial məsələlər üzrə komitəsinin Məşvərət şurasının Minskdə sentyabrın birinci yarısında keçiriləcək XIX iclasının gündəliyinə təxminən 15 məsələ daxildir.Bu barədə Trend agentliyinə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirliyində bildirilib.

İki gün ərzində iclas iştirakçıları əmək mühacirləri və onların ailə üzvlərinin hüquqi statusuna dair Konvensiya layihəsi, Birlik ölkələri arasında kəskin sosial məsələlərin həlli sahəsində əlaqələrin genişləndirilməsi, MDB ölkələrində ümumi əmək bazarının yaradılması, 2005-2009-cu illərdə MDB üzvü ölkələrində əmək sahəsində normativ bazanın yaradılması və s. kimi məsələlər nəzərdən keçiriləcək.

İclasın iştirakçıları həmçinin MDB dövlətləri vətəndaşlarının təqaüdünün təmin edilməsinə dair Saziş layihəsinə, əlillərin problemlərinin həlli, miqrasiya məsələlərinin nizama salınması, bu sahədə qanunvericiliklə təcrübə arasında şəffaflığın təmin edilməsi, daha səmərəli və sivil miqrasiya prosesinin təmin edilməsi, Birlik ölkələri qanunvericiliklərinin beynəlxalq standartlara unifikasiya edilməsi kimi məsələlərə baxılacaq.

İclasda həm də qeyri-qanuni miqrasiya və insan ticarəti ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Ötən iclas Bakıda keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti